1/2Çox adam soruşur ki, bəs necə çoxlu pul qazanım? Əslində bir neçə təməlli modellər var, bütün demək olar yüksək qazanclar onların əsasında qurulur.
1️⃣ Yüksəkmaaşlı iş
Adətən orta və iri şirkətlərdə olur (ölkə səviyyəsində, dünya səviyyəsində, korporasiyalar): rəhbərlik və idarəetmə heyəti (müdir, bölmə müdiri və ya başçısı, yüksəkintellektli peşə və vəzifələr (korporativ hüquqşunas, PR-meneger, proqramçı, kiber təhlükəsizlik mütəxəssisi, həkim). C-səviyyəli pozisiyaları xüsusi qeyd edim: CEO, CMO, CFO.
Bir şirkətin illik dövriyyəsi 100 mln ₼-dır, digərinin isə 60 000 ₼. Əlbəttə ki, birinci marketoloqa rahat ayda 5000 ₼ verə biləcək, ikinci isə 350 ₼-a marketoloq axtaracaq. Yəni burada yüksək maaş tələb etməyin heç mənası yoxdur. Onların sadəcə imkanı yoxdur daha yüksək maaşı ödəməyə.
2️⃣ Bir neçə iş
Bəzən olur ki, iş yeri az vaxt tələb edir. Məsələn 2 gün işdə, 2 gün evdə. Ya 1 gün səhər, 1 gün gecə, sonra 2 gün istirahət. Beləliklə insanlar ikinci iş də tapıb işləyirlər. Yəni 2 iş hərəsindən ən azı 1000 ₼ - ümumi 2000 ₼ edir.
3️⃣ Dövlət xidməti → yüksək vəzifə
Fərqli dövlət qurumlarında karyera. Bu da yaxşı mövqedir. Sadəcə illərlə işləyib gərək ünsiyyət qurasan, səbr edəsən və nəticədə karyera artımı olacaq + əlavə imkanlar da açılacaq. Nə qədər çox işləsəniz, o qədər də imkanlar artacaq.
4️⃣ Opsion/səhm verən startapda iş
Bu çox vaxt Avropada, ABŞ-da olur və digər inkişaf edən, inkişaf etmiş ölkələrdə. Bir startapda işləyib, ona inanıb sonra maaşla birlildə şirkətin səhmlərini müəyyən qiymətə almaq hüququ verirlər ya da elə tam birbaşa şirkətin səhmini verirlər. Belə model ilə çox adam varlanıb, məsələn sonuncu SpaceX İPO-sundan sonra bir çox işçi varlandı.
Əsas odur ki, güclü yaradıcı, güclü ideyası və təməli olan şirkət seçəsiniz.
5️⃣ Fərdi fəaliyyət
Bu çox çətindir. Burada ilk növbədə müştəri gətirən sistem qurmalısınız: sosial kapital, şəxsi brend, PR. Bunu edə bilsəniz əlavə kurs satıb, mentorluq edib qazana da bilərsiniz. Əlbəttə ki, müştərilər də gələcək.
Həkim, psixoloq, marketoloq, mühəndis, memar, vəkil.
6️⃣ İdman
Burada irəli getmək çox çətindir, amma kimdə alınsa bəhrəsini həyatı boyu görəcək. Sadəcə düzgün sahə seçmək lazımdır: futbol, böyük tennis. ABŞ üçün amerikan futbolu, hokkey. Kanada üçün də hokkey. Bunlar əsas pul olan sahələrdir.
Güclü məktəbi olan ölkədə yaşamaq çox vacibdir, amma məsələn futbolu, tennisi hər insan özü də hazırlaşıb öyrənə bilər.
7️⃣ Şou-biznes
Burada təcrübəli bir mentorun olması çox vacibdir: prodüser məsələn. Çünki onlar bütün yolları bilir. Amma müasir dünyada sosial şəbəkələr köməyi ilə, musiqi platformaları ilə insanlar öz incəsənətini göstərib çox böyük uğur əldə edə bilər. Bunun nümunələri də çoxdur.
Musiqi, yazarlıq, yumor, illüziya sahələri.
8️⃣ Biznesdə səhm və ya hissə (şəriklik)
Pul varsa bir ya bir neçə insanla birləşib biznes açmaq olar. Ya biz əmlak alıb onu icarəyə vermək olar. Hansısa layihə etmək olar.
️9️⃣ Biznes
İş adamları, sahibkarlar əlbəttə ki, çox qazanır. Sadəcə bu ən çətin yollardan biridir. Burada həm düzgün ideya seçmək lazımdır, həm də çox güc, vaxt, enerji sərf edib onu qurmaq lazımdır.
1️⃣0️⃣ Dividend, faiz (istiqrazdan və ya bank depozitindən)
Çox böyük pul varsa, onda fond bazarından səhm alıb dividend əldə etmək olar. Ya banka qoyub faizini əldə etmək olar.
Məsələn, Azərbaycanda manatla 9-11% illik, dollar ilə 3-4,5%, digər ölkələrdə və valyutalarda öz faizları var. 10% götürsək, məsələn 100 000 ₼ qoyub ilə 10 000 ₼ əldə etmək olar, zəmanətli. Aya 800 ₼-dan çox düşür. Təsəvvür edin, 200-300-500 min olanda bu ayda 1600-2400-4000 ₼ edir.
1️⃣1️⃣ İcarə
Bu da böyük pul tələb edir. Danışmaz əmlak (yaşayış/kommersiya), avtonəqliyyat (taksi, xüsusi texnika, yük daşımaq üçün, insanlar aparmaq üçün). Bəzi ölkələrdə nəqliyyat xəttləri satılır, yəni dövlətin deyil. İstəyən biri avtobus marşrutu alıb öz avtobusları ilə sərnişin daşıya bilər. Taksi sürücülər var ki, avtomobili icarəyə götürürlər. Hətta insanlar var ki, avtomobil alıb taksi üçün icarə verib pul qazanırlar.









